Türkiyəli aktrisa rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

19 Aprel 2025 13:42

Türkiyəli aktrisa rəfiqəsini öldürüb.

Milli.Az xəbər verir ki, aktrisa Sevil Akdağ ötən gün mübahisə etdiyi rəfiqəsi Elif Kıravı bıçaqlayaraq qətlə yetirib.

Hadisə ötən axşam İstanbulun İskenderpaşa məhəlləsində baş verib. İlkin ehtimala görə Sevil Akdağ və Elif Kırav əvvəlcə çöldə görüşüb, daha sonra birlikdə Kıravın evinə gediblər. Evdə onlar arasında dava düşüb. Sevil Akdağ dostunu bıçaqlayaraq öldürdükdən sonra evdən qaçıb.


Sevil Akdağ

Elif Kıravdan xəbər ala bilməyən yaxınları evinə gəldikdə onu qanlar içində tapıb və dərhal polisə məlumat verib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü müəyyənləşdirib. Polis araşdırma zamanı cinayəti aktrisa Sevil Akdağın törətdiyini aşkarlayıb. Ətrafdakı təhlükəsizlik kameralarını incələyən hüquq-mühafizə orqanları qısa zamanda şübhəlini yaxalayıb.


Elif Kırav

Qeyd edək ki, Sevil Akdağ 3 iyul 1993-cü ildə Türkiyənin Mardin şəhərində anadan olub. Karyerasına bir sıra qısa filmlər və musiqi kliplərində rol alaraq başlayıb. Daha sonra "Yasak Elma" və "Kardeşlerim" kimi tanınmış seriallarda ikinci dərəcəli rollarda çıxış edib. Bundan əlavə, "Enna: Kara Büyü" (2021), "Semur 3: Kıyamet-i Cin" (2022) və "Kulyas: Lanetin Bedeli" (2019) kimi qorxu janrında filmlərdə də rol alıb.

İsmayıl
Milli.Az