Hacı Nuran bu dəfə onunla FOTO paylaşdı

19 Aprel 2025 14:11

Aparıcı Hacı Nuran Hüseynov sovet estradasının əfsanəvi simalarından biri olan SSRİ Xalq artisti Alla Puqaçova ilə bağlı maraqlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Hacı Nuran şəxsi arxivindən olan və Puqaçova ilə birgə çəkilmiş nadir fotoları izləyiciləri ilə bölüşüb.

Tanınmış aparıcı paylaşımında sənətkarın doğum gününü səmimi sözlərlə təbrik edərək, Alla Puqaçovanın sənət dünyasına verdiyi töhfələrə və onunla keçirdiyi xoş xatirələrə xüsusi vurğu edib.

Qeyd edək ki, Hacı Nuran Hüseynov tez-tez sənət adamları ilə bağlı nostalji dolu paylaşımları ilə izləyicilərinin marağına səbəb olur.

Milli.Az