Bəzi insanlar doğuşdan sosiallaşmaqdan qaçır və yalnız qalmağa üstünlük verir.
Milli.Az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə bəzi qan qrupları insanların xarakterinə və sosial davranışlarına təsir edə bilər.
Xüsusilə AB qan qrupuna sahib şəxslər öz aləmlərində yaşamağı üstün tuturlar. Bu insanlar üçün tək qalmaq həyat tərzidir. Onlar sıxlıqdan yorulur, insanlarla dərin münasibətlər qurmaqdan çəkinirlər və təklikdə rahat olurlar.
Araşdırmalar göstərib ki, AB qan qrupu empatiya baxımından güclü olsa da, emosional yaxınlığa ehtiyatla yanaşırlar. Sosial mühitdə tez yorulurlar və tez-tez "soyuq" və ya "içinə qapanıq" kimi qavranılırlar. Lakin bu, onların insan sevmədiyini deyil, şəxsi sərhədlərinə önəm verdiklərini göstərir.
Digər tərəfdən 0 qan qrupuna sahib insanlar sosial və liderlik xüsusiyyətləri ilə tanınsalar da, onlar da münasibətlərdə məsafəyə diqqət yetirirlər. Onlar duyğusal yaxınlıqdan çox nəzarətli əlaqələrə üstünlük verirlər.
Qeyd olunmalıdır ki, tək qalmağı sevmək insan sevməmək demək deyil. Bu, sadəcə olaraq fərdin psixoloji uyğunluğu və daxili rahatlığı ilə bağlıdır. Bəzi insanlar kalabalıqda, bəziləri isə öz iç dünyasında xoşbəxt olur.
İsmayıl
Milli.Az