Qubada qaya uçdu - 10-dan çox kəndlə əlaqə kəsildi

19 Aprel 2025 10:47

Qubada qaya parçaları yola düşüb.

Milli.Az bildirir ki,  hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. /Apa

Milli.Az