"Tanınmış, evli rejissordan əxlaqsız təklif aldım" - FOTOlar

19 Aprel 2025 19:00

Tanınmış aktrisa Yağmur Bircan Çətin sektora yeni başladığı vaxt tanınmış bir rejissordan nalayiq təklif aldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, yaşadığı bu hadisəni ilk dəfə sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Çətin bildirib ki, dostu vasitəsilə əlaqə qurduğu məşhur rejissor onu ofisinə dəvət edib və burada ona qeyri-etik davranışlar sərgiləyib. "Viski istəyirsən?" sualı ilə başlayan söhbət rejissorun "Biz müəyyən adları seçib məşhur edirik" kimi açıqlamaları ilə davam edib.

"O qədər əsəbiləşdim ki, oradan necə çıxdığımı belə xatırlamıram", - deyə aktrisa qeyd edib.

Yağmur Çətin həmin şəxsin evli və bir qız atası olduğunu vurğulayaraq, bu davranışın sektorun nüfuzuna xələl gətirdiyini bildirib.

Çətin eyni zamanda peşəkar insanların istedadlarına görə dəyərləndirildiyini və bu cür halların sənaye adına utancverici olduğunu qeyd edib.

Fidan
Milli.Az