Tramp tarixə düşdü

19 Aprel 2025 15:20

ABŞ Prezidenti Donald Tramp hakimiyyətinin ikinci dövrünün ilk 100 günündə həm rekord sayda icra sərəncamı, həm də fövqəladə vəziyyət rejimləri ilə tarixə düşüb.

Milli.Az xəbər verir ki, Tramp ölkə tarixində ilk 100 gün ərzində ən çox fövqəladə vəziyyət elan etmiş prezident kimi qeydə alınıb. ABŞ Konstitusiyasına əsasən, prezidentlərə bu səlahiyyət böhran anlarında çevik qərarlar verə bilmələri üçün tanınır.

Lakin indiki şəraitdə bu alət Prezident Trampa Konqresi kənarda saxlamaq və fərmanlarla idarəetməni həyata keçirmək imkanı verir.

Qeyd edək ki, Ağ Evin rəhbəri artıq səkkiz dəfə fövqəladə vəziyyət elan edib.

Milli.Az