Paşinyan Azərbaycanla sərhədə görün hansı geyimdə gəldi - FOTO

19 Aprel 2025 10:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Kirants kəndinə gəlib. 

Milli.Az xəbər verir ki, bununla bağlı Paşinyan səfəri zamanı çəkdiyi videonu şəxsi sosial media hesabında paylaşıb.

Səfərin əsas məqsədi delimitasiya prosesindən sonra yerinə yetirilən işlərlə tanış olmaq və bölgədəki infrastruktur vəziyyətini yerindəcə qiymətləndirmək olub.

Bununla yanaşı baş nazirin səfər zamanı geyindiyi geyim da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun rəngarəng papağı insanların diqqətini cəlb edib.

Asya
Milli.Az