Göygöldə maşın aşdı - ölən var

18 Aprel 2025 23:02

Göygöldə minik maşını aşıb.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin - 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır. (Unikal)

Milli.Az