Ağcabədidə yüzə yaxın evin həyətini su basdı - FOTO

18 Aprel 2025 19:32

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

Milli.Az-ın xəbərinə görə, subasma hadisəsi Laçından olan keçmiş məcburi köçkünlər üçün Taxta körpü qəsəbəsində salınan 245 saylı qəsəbədə baş verib.

Bildirilir ki, yağan yağışlar nəticəsində yaşayış evlərinin həyətlərini və küçələri su basıb.

Hazırda FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb edilib.

Milli.Az