Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi

18 Aprel 2025 18:13

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərkəzinin direktoru Aytən Rzayeva işdən çıxarılıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə sözügedən vəzifəyə Ayşən Oruc qızı Səfərova təyin edilib.

Qeyd edək ki, Ayşən Səfərova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İnzibati idarəetmə şöbəsinin kadrlarla iş üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.

Milli.Az