Pensiyaya 5 il tez çıxmaq üçün ya çoxuşaqlı olmalısan, ya da… - VİDEO

18 Aprel 2025 17:36

"Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, "Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır".

Milli.Az xəbər verir ki, bunu AzTV-yə DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib.

P. Əlizadənin sözlərinə görə, yəni hazırda (2025-ci ildə) qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq:

"Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu, paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur. Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə, 100 manat məbləğində təqaüd təyin olunur".

Daha ətraflı sujetdə:

Milli.Az