Beyninə qan sızan körpə sağ qaldı
18 İyul 2012 01:54
Milli.Az "The Mirror"a istinadən bildirir ki, hamiləliyin 9-cu ayında olan 27 yaşlı Kelli Burvil isə cərrahiyyə əməliyyatı vasitəsilə hamiləliyi yarımçıq qoymaqdan itmtina etmişdi.
Həkimlər ona bir daha dedilər ki, bətnindəki qızı doğarsa, uşağın beyninə qan sızacaq, nitq və hərəkət funksiyalarıda qüsurlar olacaq.
"Yox, istəmirəm! Onu doqquz ay bətnimdə daşıdım. Ümidimi itirməmişəm", - Kelli deyirdi.
Loqan anadan olanda cəmi 2,2 kq idi.
Onun həyatının 4-cü günündə həkimlər körpə qıza alloimmmun trombositopeniya diaqnozu qoydular.
Orqanizmində 150 əvəzinə cəmi 5 trombosit olan Loqana təcili qan köçürmək gərək idi.
Üstəlik, ana bətnində olanda Loqanın başına maye yığılmışdı.
Doğuşdan dərhal sonra həkimlər Loqanın başında şuntlama əməliyyatı apardılar, artıq qanı xüsusi boru ilə çəkib çıxardılar.
İndi 4 aylıq Loqanın vəziyyəti xeyli yaxşılaşıb.
"Həkimlər deyirlər ki, möcüzə baş verib. Loqan adi südəmər körpənin bütün inkişaf mərhələlərini uğurla keçir", - Kelli Burvil deyib.
Milli.Az