Əməliyyatxanada tiktok çəkdilər - "Elə bil diskotekadır" - VİDEO

18 Aprel 2025 14:44

Son günlər "TikTok"da trend halına gələn "Nömrə 10"mahnısına bu dəfə tibb bacıları da qatılıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup səhiyyə işçisinin əməliyyatxanada rəqs etdiyi və mahnı oxuduğu əks olunub.

Videoda 7-8 tibb bacısının əməliyyat otağında ritmik hərəkətlərlə rəqs etdiyi görünür. Bu anlar sosial media platformalarında sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Bəzi izləyicilər videonu qeyri-peşəkar və məsuliyyətsiz hesab edərək "cərrahiyyə deyil elə bil diskotekadır, ağ xalatlı tiktokerlər" tipli rəylər yazıb.  

Həmin videonu təqdim edirik:

Fidan
Milli.Az