Məşhur müğənni Hayko Çepkinin konsert zamanı etdiyi çıxışlar və siyasi göndərmələrlə dolu açıqlamaları Türkiyə gündəmində qalmağa davam edir.
Milli.Az xəbər verir ki, Hayko Çepkinin etdiyi çıxışlar prezident Ərdoğanın baş müşaviri Oktay Saral tərəfindən sərt reaksiya alıb.
Oktay Saral Hayko Çepkinin səhnə çıxışından görüntüləri paylaşaraq bu sözləri yazıb:
"Bu sözdə müğənni üçün nə təsvir, nə də tərif tapa bilmirəm. Amma xarici görünüşünə baxsanız, onun insan olmadığı açıq-aydın görünür..."
Saralın bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Çepkin isə cavabsız qalmayıb və şəxsi hesabından geniş açıqlama verib.
"Bizim bu səhnə münasibətimizlə, xüsusilə çətinini seçərək bütün Türkiyənin sevgisini qazanmış biri olaraq, doğru bildiklərini tamaşaçısına çatdırmaqdan çəkinməyən, ölkəsini sevən, ən 'millətçi'dən daha 'millətçi', hər yerdə rəqib olan bir sənətkar olmaqdan qürur duyuram," - deyə Çepkin bildirib.
Müzakirələrin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Fidan
Milli.Az