Əlverişsiz hava şəraiti tək əhvalımıza yox, iş rejimimizə də təsir edir. Bəs bu havalarda kimin işə gəlməmək hüququ var?
Məsələ ilə bağlı Milli.Az-a hüquqşünas Əliməmməd Nuriyev açıqlama verib.
O bildirib ki, Əmək Məcəllləsinin 233-cü maddəsi eyni zamanda 217 və 222-ci maddələrində də bu məsələlər tənzimlənib. Bu maddələrə əsasən, fors major hallarında işə götürənlər müvafiq qərarlar qəbul etməlidirlər.
Bəzən ofis işçiləri bu hallarda işə gəlməyəndə problem yaşayırlar. Bəs qanun nə deyir?
Məsələ ilə bağlı əmək məsələləri üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, havanın temperaturu yayda 41 dərəcədən çox, qışda müsbət 14 dərəcədən az olarsa, fasilələr verilməlidir iş dayandırılmalıdır. Bu fasilələr müddətində işçilərə tarifə uyğun əməkhaqqı ödənilməlidir. Yəni, bunlar iş vaxtına daxil edilir. Ofis şəraitində isə müəssə rəhbərliyi qərar verməlidir ki, işçilər üçün rahat olsun.
Dünyanın bir çox ölkəsində əlverişsiz hava şəraiti fərqli tənzimlənir. Hava ilə bağlı xəbərdarlıq veriləndə müəssələrin özləri distant rejimə keçir. Ümid edirik ki, yaxın gələcəkdə bununla bagli bizdə də dəyişikliklər olacaq.
Asya
Milli.Az