"Yeni Klinika"nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova vəzifəsindən ayrılıb.
Milli.Az xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımda ədalətsizlikdən gileylənib.
Həmin paylaşımı təqdim edirik:
"Əziz dostlar! Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim-ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm-mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir-onun müalicəsi yoxdu".
Aysel Əkbər
Milli.Az