Hər səhər acqarına içilən çia toxumu suyu bel ətrafındakı piyləri sürətlə əridir və cəmi 3 günə 5 kilo çəki atmağı təmin edə bilər.
Milli.Az xəbər verir ki, çia toxumu orqanizm üçün faydalı olan omeqa-3 yağ turşuları, lif və zülallarla zəngindir. Bu möcüzəvi toxum yalnız arıqlamağa deyil, eyni zamanda həzm sistemini yaxşılaşdırmağa, enerjini artırmağa və bədəni toksinlərdən təmizləməyə kömək edir.
Necə hazırlanır?
1 stəkan otaq temperaturunda suya
1 xörək qaşığı çia toxumu əlavə edin
Qarışımı 10-15 dəqiqə saxlayın - toxumlar şişərək jel halına gələcək
İstəyə görə limon suyu, bal və ya təzə nanə ilə dadlandıra bilərsiniz
Bu içkini hər səhər acqarına qəbul etməklə günə həm enerji dolu başlayacaq, həm də arıqlamağa sürətli addım atmış olacaqsınız.
Niyə bu qədər effektivdir?
Toxluq hissi yaradır - Lazımsız yeməklərin qarşısını alır
Maddələr mübadiləsini sürətləndirir - Yağ yandırmanı artırır
Qan şəkərini tənzimləyir - Aclıq krizlərini azaldır
Bağırsaq sağlamlığını qoruyur
Enerji verir və detoks təsiri yaradır
Fidan
Milli.Az