Ən təhlükəsiz maşınlar açıqlandı - Siyahıda BYD də var - FOTOlar

18 Aprel 2025 10:48

"Euro NCAP 2025" test nəticələri açıqlanıb.

Texnologiya inkişaf etdikcə, avtomobillər daha fərqli ölçülərə sahib olmağa başlayıb. Hər keçən gün dəyişən daxili və xarici avadanlıqlarla yanaşı, onların təhlükəsizlik səviyyələri də önəmli bir faktor halına gəlib.

Yeni aparılan testlər nəticəsində, təhlükəsizlik sahəsində tanınan markaların artıq bu siyahıda yüksək sıralarda yer almadığı üzə çıxıb.

"Euro NCAP" həyata keçirdiyi testlər vasitəsilə avtomobillərin təhlükəsizlik göstəricilərini müəyyən edir. Yenilənən siyahıda fərqli avtomobillər var.

Milli.Az xarici mətbuata istinadən 2025-ci ilin ən təhlükəsiz 5 avtomobilinin siyahısını təqdim edir:

1. POLESTAR 3

Ümumi qiymətləndirmə: 5 ulduz
Yetkin sərnişin qorunması: %90
Uşaq sərnişin qorunması: %93
Piyada qorunması: %79
Təhlükəsizlik dəstək sistemləri: %83

2. AUDI A6 E-TRON

Ümumi qiymətləndirmə: 5 ulduz
Yetkin sərnişin qorunması: %92
Uşaq sərnişin qorunması: %91
Piyada qorunması: %75
Təhlükəsizlik dəstək sistemləri: %80

3. CUPRA TERRAMAR

Ümumi qiymətləndirmə: 5 ulduz
Yetkin sərnişin qorunması: %89
Uşaq sərnişin qorunması: %87
Piyada qorunması: %82
Təhlükəsizlik dəstək sistemləri: %76

4. GEELY EX5

Ümumi qiymətləndirmə: 5 ulduz
Yetkin sərnişin qorunması: %86
Uşaq sərnişin qorunması: %87
Piyada qorunması: %83
Təhlükəsizlik dəstək sistemləri: %83

5. BYD SEALION 7

Ümumi qiymətləndirmə: 5 ulduz
Yetkin sərnişin qorunması: %87
Uşaq sərnişin qorunması: %93
Piyada qorunması: %76
Təhlükəsizlik dəstək sistemləri: %79

Bu nəticələr, avtomobil istehsalçılarını daha çox diqqət etməyə və təhlükəsizlik standartlarını yüksəltməyə təşviq edəcək. Bu ilki testlərdə ortaya çıxan sürprizlər, müştərilərin daha etibarlı və təhlükəsiz bir sürüş təcrübəsi yaşamasını təmin edəcək.

Kənan
Milli.Az