"Hababam sınıfı" 50 il sonra eyni sırada - FOTO

18 Aprel 2025 11:24

Türk kino tarixinin əfsanəsi sayılan "Hababam Sınıfı" filminin canlı aktyorları 50 ildən sonra eyni sinifdə bir araya gəliblər.

Milli.Az xəbər verir ki, Rıfat İlgazın eyniadlı romanı əsasında çəkilmiş və 1975-ci ildə tamaşaçı ilə ilk dəfə görüşən "Hababam Sınıfı" filminin yarım əsrlik tarixi İstanbulda yerləşən "Hababam Sınıfı" Muzeyində keçirilən nostalji tədbirlə qeyd olunub.

Tədbir İstanbulun Adile Sultan Köşkündə yerləşən muzeydə baş tutub. İştirakçılar filmdə istifadə olunan sinif otaqlarını və xatirə fotoşəkillərini yaxından görmək fürsəti əldə ediblər.

Tədbirdə aktyor Bülent İğdiroğlu, Ergün Sözen, Ahmet Arıman da iştirak edib. Həyatda olmayan rollar - İnek Şaban, Mahmut Hoca, Hafizə Ana kimi sənətçilərin də fotoları sinifdə yer alıb.

Qeyd edək ki, "Hababam Sınıfı" filmləri təkcə gülüşlə dolu səhnələrilə deyil, verdiyi həyat dərsləri, dostluq və müəllim-tələbə münasibətlərini işıqlandırması ilə də nəsillər boyu yaddaşlarda qalmağı bacarıb.

Fidan
Milli.Az