“Fənərbağça” “Liverpul”un ulduzunu alır - FOTO

18 Aprel 2025 09:35

İngiltərə təmsilçisi "Liverpul"un ulduz futbolçusu komandadan ayrılmağa hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Federiko Kyeza klubu tərk edir.

Futbolçunun xidmətində İstanbul nəhəngi "Fənərbağça" maraqlıdır. 

Danışıqlar prosesinin tezliklə başlayacağı nəzərdə tutulur.

Qeyd edək ki, "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən İtaliya millisinin ulduzu komandaya mövsümün əvvəlində qoşulmuşdu.

Tural
Milli.Az