ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış qiymətini açıqlayıb.
Milli.Az bildirir ki, o, postundan getdikdən sonra tədbirlərdə natiq kimi çıxış etmək fikrinə düşüb. Bunun üçün 300 min dollar tələb edir.
"New York Post" qəzetinin məlumatına görə, tədbir başqa şəhərdə keçirilsə, Bayden şəxsi təyyarə və 5 nəfərlik heyət üçün xərcləri qarşılamağı da qarşı tərəfin boynuna qoyur.
Keçmiş Prezidentin çıxışlarını dinləmək istəyənlərin sayının az olduğu bildirilir.
Hüseyn
Milli.Az