ABŞ-də universitetdə atışma - xeyli yaralı var

17 Aprel 2025 23:11

Florida Dövlət Universitetində (FSU), Tallahassee şəhərində baş verən atışma nəticəsində ən azı altı nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın CBS News-a istinadla məlumatına görə, hadisə cümə axşamı universitetin Tələbə Birliyi binasında baş verib və bir nəfər saxlanılıb.

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşünün əvvəlində hadisə barədə məlumat aldığını bildirərək, bunu "utancverici, dəhşətli bir hadisə" adlandırıb.

Florida ştatının qubernatoru Ron DeSantis isə belə deyib:

"Dualarımız FSU ailəsi ilədir, ştat hüquq-mühafizə orqanları hadisəyə aktiv şəkildə reaksiya verir."

Tallahassee Memorial Healthcare xəstəxanasının verdiyi açıqlamaya görə, yaralılardan biri kritik vəziyyətdədir, digər beş nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Lalə Qüdrətova
Milli.Az