ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq - Tramp

17 Aprel 2025 21:56

ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Çinlə ticarət razılaşması əldə edə biləcəyinə əmin olduğunu bildirib.

Milli.Az-ın məlumatına görə, bu barədə o, Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Razılaşmanı əldə edəcəyik, razılaşma baş tutacaq. Düşünürəm ki, Çinlə çox yaxşı razılaşma əldə edəcəyik", - deyə o qeyd edib.

ABŞ-nin rüsumları tətbiq etməsinin Amerika müttəfiqləri ilə Çin arasında yaxınlaşmaya gətirib çıxaracağından qorxduğu barədə suala ABŞ prezidenti belə cavab verib: "Heç kim bizimlə rəqabət apara bilməz".

Milli.Az