Yeni Zelandiyaya məxsus kərə yağı ilə bağlı xəbərdarlıq

17 Aprel 2025 19:49

Ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, müəyyən olunan konkret faktlar üzrə qurum tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: Yeni Zelandiyaya məxsus kərə yağı, Çinə məxsus nərə kürüsü, Özbəkistana məxsus araxis və ərik qurusu, Rusiyaya məxsus mal piyi və dondurulmuş donuz əti məhsulları.

Milli.Az