Şabrançayda daha bir nəfərin meyiti tapıldı

17 Aprel 2025 19:13

Şabrançayda daha bir nəfərin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Siyəzən Oil"in əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.

Onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.

Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da "Siyəzən Oil" Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı imişlər.

Milli.Az