Şabranda çayda batan 2 nəfərin FOTOsu

17 Aprel 2025 17:17

Xəbər verdiyimiz kim, ötən gün Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsində 2 nəfər batıb.

"Unikal"ın məlumatına görə, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az