"Masaj olunmamış "Xınayaxdı"ya getmirəm"

17 Aprel 2025 16:29

Şairə və qiraətçi Nazilə Səfərlinin açıqlaması marağa səbəb olub.

Milli.Az xəbər verir ki, qalmaqallı sənətçi apardığı xına məclislərindən danışıb.

Həmin günə xüsusi hazırlaşdığını vurğulayan Səfərli proqramını bir-bir açıqlayıb:

"Mən xına məclisi olan gündə yalnıca özümlə oynayıram. Spa, masaj, üz baxımı - məclisə 3 saat qalmışa qədər bunlarla məşğul oluram. Çünki obyekt, "vitrin" mənəm. İnsanlara əhval-ruhiyyə verməyə gedirəm. Xına günü efirə çıxmıram. Başdan xarablar doludur, gedərəm əsəbiləşdirirlər məni, pul qazandığım yerdən çörəyimdən olaram".

Hüseyn
Milli.Az