Adananın Karataş rayonunda günlərdir axtarışda olan 7 yaşlı Cumali Timinin cəsədi tapılıb.
Aprelin 12-də səhər saatlarında çadırdan çıxaraq dostları ilə oynamağa gedən Cumali bir daha geri dönməyib. Osmaniyenin Düziçi rayonundan mövsümi əkinçilik işləri üçün Adananın Bahçe məhəlləsinə gələn ailə övladlarının yoxa çıxmasından sonra jandarmaya müraciət edib.
Axtarışlara 150 nəfərlik heyət, pilotsuz uçuş aparatları, qayıqlar və izləmə itləri cəlb olunub. Altı günlük səylərin ardından Cumalinin cansız bədəni yaşadıqları çadırın yaxınlığında yerləşən suvarma kanalında tapılıb.
Cəsəd yarılma üçün meyitxanaya aparılarkən anası Karanfil Timi huşunu itirib.
Axtarış-xilasetmə qruplarının işi davam etdirilir. Hadisə ilə bağlı istintaq aparılır.
Fidan
Milli.Az