Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü - FOTO

17 Aprel 2025 14:43

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində olub.

İlkin məlumata görə, "Mercedes" və "Azsamand" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Əldə etdiyimiz məlumata əsasən, qəzaya düşən avtomobillərin birində  "Turan Bank"ın əməkdaşları da olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az