Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti Fransa dirijoru ilə çıxış etdi - FOTO

17 Aprel 2025 14:39

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin  konserti keçirilib.

Dirijorlar Maela Raoult (Fransa) və Üzeyir Məmmədovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış edib. Solist Maela Raoult (klarnet, Fransa) Aaron Coplandın klarnet və simli orkestr üçün konsertini böyük məharətlə ifa edərək musiqili gecəyə xüsusi rəng qatıb.
Proqramda həmçinin A.Dvořák  simlilər üçün serenada, E.Grieg "Holberq zamanından" süitası (op.40) səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az