Tunel qazıb 20 milyon dollarlıq qızıl oğurladılar

17 Aprel 2025 14:52

ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Love Jewels" adlı zinət əşyaları mağazası qarət olunub.

Milli.Az "The Guardian"a istinadla xəbər verir ki, hadisə bazar günü axşam saat 21:30 radələrində baş verib.

Naməlum şəxslər mağazanın qonşuluğundakı ərazidən tunel qazaraq bir neçə qat betonu dağıdıb içəri daxil olublar. Onlar mağazadan azı 10 milyon dollar dəyərində zinət əşyaları - qızıl seplər, saatlar, kulonlar və digər məhsulları oğurlayıblar.

Qarətçilər eyni tunel vasitəsilə geri çıxaraq yeni model "Chevy" markalı yük maşını ilə hadisə yerindən uzaqlaşıblar.

Oğurluq növbəti gün mağaza işçiləri işə gələndə aşkar edilib. Məlum olub ki, şübhəlilər içəri girdikdən sonra təhlükəsizlik kameralarının kabellərini kəsiblər. Mağaza sahibinin sözlərinə görə, ümumi ziyan 20 milyon dolları ötüb.

Polis hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntülərini araşdırır, barmaq izi və DNT nümunələri üzərində iş aparılır.

İsmayıl
Milli.Az