Avtobusda dəhşətli anlar - ANBAAN VİDEO

17 Aprel 2025 14:21

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda anası ilə birlikdə avtobusda gedən azyaşlı uşağın halı qəfildən pisləşib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ananın kömək istəməsi ilə avtobus sürücüsü marşrutu dəyişərək uşağı təcili olaraq xəstəxanaya çatdırıb. Hadisə zamanı yaşanan panika anları təhlükəsizlik kamerasına əks olunub.

Məlumata görə, dörd gün əvvəl Çayırova rayonunda xüsusi sərnişin avtobusunda anası ilə birlikdə olan bir uşaq qəfildən özünü pis hiss edib. O anda mobil telefonla danışan ana uşağının vəziyyətini görüb, təşvişə düşərək "Ömər, sənə nə oldu?" deyə qışqırmağa başlayıb. Ananın səsinə reaksiya verən avtobus sürücüsü Deniz Bilgin dərhal marşrutu dəyişərək ən yaxın xəstəxanaya yollanıb. Uşaq xəstəxanada müalicəyə götürülüb.

Hüseyn
Milli.Az