Qabriela Ramos UNESCO rəhbərliyinə namizəd oldu

17 Aprel 2025 13:29

Qabriela Ramos UNESCO-nun Baş Direktorluğuna namizəd irəli sürülüb.

Milli.Az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

Meksika 2025-2029-cu illər üçün UNESCO-nun Baş Direktorluğu vəzifəsinə Qabriela Ramosun namizədliyini irəli sürüb.

Ramos çoxtərəfli əməkdaşlıq sahəsində zəngin təcrübəsi və qlobal səviyyədə təhsil, mədəniyyət və elmin inkişafına olan dərin sadiqliyi ilə seçilir.

Qeyd edək ki, Qabriela Ramos uzun illərdir beynəlxalq platformalarda strateji liderlik göstərərək inklüziv siyasətlər, bərabərlik və davamlı inkişaf prinsipləri üzərində çalışan mühüm simalardan biri kimi tanınır. O, UNESCO-nun transformativ vizyonunu gücləndirmək və təşkilatın qlobal çağırışlara cavab vermə qabiliyyətini artırmaq məqsədi ilə bu vəzifəyə namizəd göstərilib.

Milli.Az