Ardanı yenə oynatmadı - "Real"ın azarkeşləri qəzəbləndi - FOTO

17 Aprel 2025 13:24

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid" öz meydanında "Arsenal"a 2:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Milli.Az xəbər evrir ki, iki oyunun ümumi nəticəsinə görə 4:1 hesabı ilə məğlub olan Madrid təmsilçisində Arda Gülərin yenidən meydana çıxmaması azarkeşlərin sərt reaksiyasına səbəb olub.

Baş məşqçi Karlo Ançelottinin beş əvəzetmə hüququndan istifadə etməsinə baxmayaraq, türk futbolçunun ehtiyat oyunçular skamyasında qalması xüsusilə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Ançelottiyə qarşı "Arda kloun deyil, gələcəyimizdir", "Bu gedişlə Modriçlə birgə Arda da gedəcək" kimi tənqidlər səsləndirilib.

Azarkeşlər Ançelottinin Real Madrid-dəki dövrünün sona çatdığını düşünür.

Fidan
Milli.Az