Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çayların səviyyəsində nəzərəçarpacaq artım qeydə alınıb.
Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Avtomat hidroloji stansiyalardan əldə olunan məlumatlara əsasən, bir sıra çaylarda suyun səviyyəsi xeyli yüksəlib və bu tendensiya davam etməkdədir.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.
Aysel Əkbər
Milli.Az