Rusiyada ana körpəsini divara çırpdı, cinayət işi açıldı

18 Aprel 2025 06:34

Rusiyada ana körpəsini divara çırpıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, faciəvi hadisə Rusiyanın Kaluqa vilayətinin Maloyaroslavets şəhərində baş verib.

23 yaşlı qadın, 54 yaşlı əri ilə mübahisə zamanı qucağında olan dörd aylıq oğlunu möhkəm şəkildə divara çırpıb.

Körpə təcili olaraq xəstəxanaya yerləşdirilib və ona kəllə sınığı diaqnozu qoyulub. Hadisə ilə əlaqədar rayon İstintaq Komitəsi tərəfindən "adam öldürməyə cəhd" maddəsi üzrə cinayət işi açılıb və ana saxlanılıb. İstintaq hadisənin dəqiq şəraitini araşdırır.

Kənan
Milli.Az