Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşeron rayonlarında genişmiqyaslı fəsadlara səbəb olub.
Milli.Az xəbər verir ki, bu fəsadlardan biri də vətəndaşların mənzillərini su basması olub.
Belə ki, Şərur MTK-ya məxsus binada vətəndaş çilçıraqdan su gəlməsindən şikayətcildir.
Sakin Milli.Az-a açıqlamasında bildirib ki, binanın dam örtüyünün düzgün qurulmaması nəticəsində yağış suyu onun məznilinə dolub, elektrik xətlərinə və tavan hissəyə ziyan dəyib.
Sakinlərin sözlərinə görə, buna səbəb də tikinti səhvləri, düzgün quraşdırılma işlərinin aparılmamasıdır.
Asya
Milli.Az