Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların sevimlisi olur. Onların məsuliyyətli, ailəyə bağlı və nəzakətli olmaları, gələcək həyat yoldaşının valideynləri ilə münasibətləri daha uğurlu edir.
Milli.Az sizə qaynanaların ən çox bəyəndiyi bürc kişilərini təqdim edir:
Oğlaq - Ciddi, çalışqan və sabitliyə meyilli olduqları üçün qaynanalar bu bürc kişilərini "etibarlı damad" kimi görür.
Buğa - Sakit təbiətli, evinə və ailəsinə düşkün olan Buğa kişiləri qaynanaların ürəyincə olur. Onlar həm də mehriban və səbirli davranışları ilə fərqlənirlər.
Xərçəng - Emosional bağlılıq və ailə dəyərləri ilə tanınan Xərçəng kişiləri, qaynanaların tez-tez "qızımı əmanət edə biləcəyim biri" dedikləri bürclər arasındadır.
Tərəzi - Nəzakətli, diplomatik və münasibətləri yumşaltma bacarığı ilə seçilən Tərəzi kişiləri, ailə mühitinə asanlıqla uyğunlaşırlar.
Qız - Təmizkarlığa, detallara və nizam-intizama verdikləri önəmlə, Qız bürcü kişiləri qaynanalar tərəfindən bəyənilir. Onlar məsuliyyətli və diqqətcildirlər.
Milli.Az