Sabirabadda vəzifəli şəxs yağış sularında öldü

17 Aprel 2025 10:52

Sabirabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. 

Milli.Az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi "AzOil" yanacaqdoldurma məntəqəsində quyuya dolan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır./lent.az

Milli.Az