Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geniş müzakirələrə səbəb olub. Belə ki, şirkət qadın əməkdaşını işdən azad edib.
Milli.Az xəbər verir ki, ilk baxışdan bu qərar adi görünsə də, onun işdən çıxarılma səbəbi cəmiyyətdə böyük maraq doğurub. Yerli mətbuatın yaydığı məlumata əsasən, qadın işə cəmi 1 dəqiqə gecikdiyinə görə və bu hal bir ay ərzində 6 dəfə təkrarlanmasına baxmayaraq, işdən uzaqlaşdırılıb.
İşdən çıxarılan Vanq soyadlı qadın Quanqdonq əyalətində Quançjou şəhərində yerləşən şirkətdə üç il çalışıb və bu müddət ərzində peşəkar imic qazanıb. O, bu qərarı haqsız sayaraq məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, işəgötürən qadını bu cür hallarla bağlı əvvəlcədən rəsmi şəkildə xəbərdar etməyib. Bu səbəbdən məhkəmə şirkətin işçini xəbərdarlıq etmədən işdən çıxarmasını hüquqa zidd hesab edib. Nəticə etibarilə, Vanqın işdən azad olunması qanunsuz sayılıb, ona təzminat ödənilib və əvvəlki vəzifəsinə bərpa olunması qərara alınıb.
Asya
Milli.Az