Türkiyənin məşhur klarnet ifaçısı Hüsnü Şenlendirici nəvəsi üçün təşkil edilən xına gecəsi ilə gündəm olub.
Milli.Az xəbər verir ki, gecəyə sənət aləmindən tanınmış simalar qatılıb. Xüsusilə Sibel Canın Səs Səma üçün ifa etdiyi "Xınalı körpə" mahnısı zalda duyğusal anlar yaşadıb.
Gecənin daha bir diqqət çəkən anı isə Hüsnü Şenlendiricinin nəvəsi üçün səhnəyə çıxaraq klarnet ifa etməsi olub.
Pəri Özdolgun Şenlendirici tərəfindən təşkil edilən "6 aylıq körpə xınası" həm ənənəvi, həm də müasir qeyri-adi bir tədbirə çevrilib.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri tərəfindən məclis birmənalı qarşılanmayıb. İzləyicilərin çoxu bunun pul israfı və göstəriş olduğunu hesab edirlər.
Həmin gecədən görüntüləri sizə təqdim edirik:
Fidan
Milli.Az