Həmin sahə rəisi iş yoldaşlarını xilas etmək istəyirmiş - ANBAAN VİDEO

17 Aprel 2025 09:47

Xəbər verdiyimiz kimi,  dünən Ağsuda bədbəxt hadisə yaşanıb. Güclü sel ekskavatoru aşırıb. Hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Milli.Az xəbər verir ki, selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi həlak olub.  

Məlumata görə, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Pərviz seldə qalan iş yoldaşlarını xilas etmək üçün özünü fəda edib. Çaya gələn güclü sel ekskavatoru aşırıb. 

Hadisə nəticəsində digər 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.

Həmin anın görüntülərini təqdim edirik:

Milli.Az