Moskvada 105 ilin ən isti havası qeydə alındı

17 Aprel 2025 07:34

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu ilə bağlı 105 illik rekord qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

"Budur rekord! Aprelin 16-sı Moskvada hava müşahidələri tarixində ən isti göstərici!" , - o məlumatda qeyd edib.

M. Leus bildirib ki, saat 14:00-da şəhərdə hava 21,2 dərəcəyə qədər istiləşib ki, bu da 105 ildir mövcud olan əvvəlki rekorddan 0,2 dərəcə yüksəkdir. 

Milli.Az