Qızıl bahalaşdı

17 Aprel 2025 00:25

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti tarixi maksimum səviyyəyə çatıb.

Milli.Az xəbər verir ki, qiymətli metalın dəyəri 1,7% artaraq bir troy unsiyası üçün 3353,7 dollar olub. Qızılın qiyməti artımını davam etdirərək, maksimum 3354,1 dollara (plus 1,71%) qədər yüksəlib.

Məlumata görə, bu göstərici ticarət platformasının tarixində qeydə alınmış ən yüksək səviyyədir.

Milli.Az