Gəncədə ağır qəza - xəsarət alanlar var

16 Aprel 2025 23:02

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Prius" və "LADA Priora" markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü X. İsmayılov, 1992-ci il təvəllüdlü E. Ələsgərov və 1995-ci il təvəllüdlü A. Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az