Simon Sebaq Montefiore "Stalin. Qırmızı monarxın məhkəməsi" kitabında belə bir hissə var: "Boqdan Kobulov həmişə məhbuslara işgəncə verilməsində fəal iştirak edib. O, qurbanlarının cəsədləri üzərində tullanmağı və dəyənəyi vəhşicəsinə yelləməyi çox sevirdi".
Milli.Az axar.az-a istinadən bildirir ki, Lavrenti Beriyanın oğlu Serqonun təsvirinə görə, gözəlliyi ilə seçilməyən Boqdan Kobulovun "böyük tüklü qolları və qısa, əyri ayaqları" olub. Və ondan əsasən "işgəncə və öldürmə maşını" kimi istifadə olunurdu.
İşgəncə verməkdən zövq alan Boqdan kim idi?
Erməni Boqdan Zaxaroviç Kobulov 1904-cü ildə Tiflisdə anadan olub. Yerli gimnaziyanı bitirdikdən sonra Qızıl Orduya, iki ildən sonra isə Gürcüstan Çekasına daxil olub. Həmin vaxt onun cəmi 18 yaşı var idi. Gənc yaşına baxmayaraq, Kobulov karyera nərdivanını olduqca sürətlə qalxmağa başladı.
Erməni cəllad Kobulov bütün müsəlman xalqlara qarşı xüsusi qəddarlığı və amansızlığı ilə seçilirdi. Arxivdə cəllad Kobulovun şəxsi işi "sirr" başlığı altında saxlanılırdı; onun adı və soyadı Stalinin özünün əmri ilə dəyişdirildi. Kobulovun özünün əmri ilə yüzlərlə çeçen və inquş öldürüldü. Onun rəhbərlik etdiyi cəza dəstələrinin şəxsi heyəti əsasən ermənilərdən ibarət idi.
Rus zabitlər bunun səbəbini ermənilərin Qafqazın bütün yerli xalqlarına və türk xalqlarına patoloji nifrətlə yanaşmaları, onları xüsusi qəddarlıqla məhv etmələri ilə izah edirlər. Buna görə də Stalinin əmri ilə NKVD-də axıska türklərini, Krım tatarlarını, Orta Asiya xalqlarını və vaynaxları məhv etmək üçün ermənilərdən ibarət dəstələr yaradıldı.
1944-cü il iyulun 15-də Krım tatarlarının, yunanların və ukraynalıların Krımdan çıxarılması əməliyyatına görə "Qırmızı Bayraq" ordeni ilə təltif edilib.
İşgəncələrdən zövq aldığı üçün "Samovar" ayaması alan Boqdan Azərbaycanda Stalin rejiminin qurbanı olan azərbaycanlıların ölümündə birbaşa günahkardır. Repressiya illərində yüzlərlə azərbaycanlı ziyalı məhz onun ağır işgəncələrinə dözməyib, orda da ölüb.
Beriyanın müavini olan Boqdan Kabulovun doğma qardaşı Amayak Kabulov Almaniyada səfirlikdə ikinci katib işləyib və Sovetlərə geri qaytarılan legionerlərin qatili kimi tanınıb.
1906-cı ildə Tifilisdə anadan olan Amayak 1939-cu ilin sentyabrında qardaşının imkanlarından istifadə edərək, Sovet kəşfiyyatının rezidenti kimi Berlinə göndərilib və rəsmi olaraq SSRİ-nin Almaniyadakı səlahiyyətli nümayəndəliyinin 1-ci müşaviri olub. Onun qeyri-peşəkarlığı və bacarıqsız hərəkətləri Almaniyadakı sovet kəşfiyyat şəbəkəsinə böyük ziyan vurub.
Samuel Uimsə görə, 100 mindən artıq erməni Üçüncü Reyxin dəstələri tərkibində iştirak etmişdir.
İlk vaxtlar Polşa ərazisində hərbi əsirlərin daxil olduğu Zaerjijdə hazırlıq düşərgəsi yaradılmış erməni legionu Pulavedə dislokasiya olunmuşdur. 1941-ci ilin iyulundan 1943-cü ilin sonunadək 8 erməni batalyonu formalaşdırılmışdır. Erməni legionlarının formalaşdırlması və təlimindən başqa zabitlər məktəbi açılmışdı ki, orada gələcəyin zabitləri oxuyurdu.
Faşizmə xidmət edən erməni legionun əsgərləri həbs ediləndə onları azad edib, dünyanın müxtəlif ölkələrinə köçməsini də məhz Amayak həyata keçirib.
İkinci Dünya müharibəsi dövründə alman ordusunda Azərbaycan legionları da olub. Onlar barədə geniş materiallar kitablarda da var. Sadəcə bir faktı xüsusi ilə qeyd etmək istərdim. Berlinin müdafiəsi zamanı 700 azərbaycanlı legioner Sovetlərə qarşı savaşır. Almanların təslim olmasından sonra bu əsgərlər Amerika və Britaniya ordularına təslim olublar.
Lakin Stalinin təkidi ilə onların böyük bir hissəsi Sovetlərə təslim edilib və 500 azərbaycanlı legioner-əsir Qara dəniz vasitəsilə geri gətirilən zaman onların çoxunu dənizə atıb öldürüblər. Amma onların qaçmaq üçün özlərini dənizə atdıqlarını sovet tədqiqatçıları yazıblar. Məhz bunu icra edən də Amayak Kabulov olub.
O dövrdə Azərbaycan xalqı üç cəbhədə vuruşurdu. Birinci cəbhə döyüş bölgəsi idi. İkinci - arxa cəbhə idi. Üçüncü isə daha ağır və məsuliyyətli idi. Faşistlərin antiazərbaycan milli siyasətindən yararlanan erməni təxribatlarına qarşı mübarizə aparmalı olurdu xalqımız.
Beriya həbs olunduqdan sonra əvvəlcə Boqdan Kabulov bütün cinayət əməllərini etiraf edib. Günahını tam etiraf edən Samovar-Kobulov marşal İvan Konevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin qərarı ilə şəxsi əmlakı müsadirə olunmaqla, rütbə və dövlət təltifləri geri alınmaqla ən ağır cəzaya, güllələnməyə məhkum olunub.
Həmin dövrdə Amayak Kobulov Almaniyada xidməti ezamiyyətdə olub. Daxili işlər naziri Kruqlovun göstərişinə əsasən o, xüsusi təyyarə ilə Moskvaya gətirilib.
Bir il davam edən istintaqdan sonra Amayak Kobulov da Ali Məhkəmənin çıxardığı hökmlə güllələnmə cəzasına məhkum edilib.
Milli.Az