"Neftçi" klubunun məşqçisinin maşınını vurub qaçdılar - FOTO

16 Aprel 2025 19:31

"Neftçi" futbol klubunun məşqçisi Babək Həsənovun başına iş gəlib.

Bu barədə o, özü baku.ws-in "qaynar xətti"nə məlumat verib.

Bildirib ki, ötən axşam paytaxtın Binəqədi rayonu ərazisində "77 FD 721" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun KİA markalı maşınını vuraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Avtomobillərin görüntülərini təqdim edirik:

Milli.Az