İran hökuməti İran və Azərbaycan arasında hökumətlərarası təhlükəsizlik və hüquq-mühafizə əməkdaşlıq haqqında sazişin ilkin imzalanmasını təsdiqləyib.
Bu barədə Trend İran hökumətinin informasiya portalına istinadən xəbər verir.
Məlumata görə, bu gün (16 aprel) Tehranda İran Nazirlər Kabinetinin növbəti iclası keçirilib və iclasda bir sıra qərarlar verilib.
İran və Qazaxıstan arasında vizasız rejim müddətinin 14 gündən 30 günə artırılması üzrə qərar da təsdiqlənib.
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında İranın milli valyutasının dəyərinin qorunması, Afrika ölkələri ilə iqtisadi əməkdaşlıq perspektivləri araşdırılıb.
Milli.Az