Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti uzadılıb.
Milli.Az xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat verib.
"Parlament bu müddət ərzində 15-ci dəfədir ki, hərbi vəziyyətin avqustun 6-dək (90 gün) uzadılmasını təsdiqləyib", - nəşr yazır.
Qeyd olunur ki, həm hərbi vəziyyətin, həm də səfərbərliyin uzadılmasının əleyhinə yalnız deputat Aleksey Qonçarenko səs verib.
Milli.Az