Gələn mövsüm üçün transfer çalışmalarına start verən "Fənərbağça" ilə bağlı maraqlı bir iddia gündəmə gəlib.
Milli.Az "Beinsports"a istinadən xəbər verir ki, "Africa Foot United" portalının yaydığı məlumata görə, İstanbul təmsilçisi İngiltərə Premyer Liqasında "Brentford" forması ilə çıxış edən və bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkən hücumçu Yoane Vissa ilə yaxından maraqlanır.
Komandanın baş məşqçisi Joze Mourinyo yay transfer dövründə hücum xəttinə alınacaq oyunçular siyahısında Konqolu forvarda ilk sırada yer verib. Onun sürəti, texniki bacarıqları və təcrübəsi ilə ön plana çıxdığı bildirilir.
Xəbərdə qeyd olunur ki, "Brentford" klubu 28 yaşlı hücumçu üçün 30 milyon avro tələb edir və "Fənər" bu məbləği ödəməyə müsbət yanaşır.
Qeyd edək ki, 2021/22 mövsümündə 10 milyon avroya "Brentford"a transfer olunan Vissa, cari mövsümdə çıxış etdiyi 33 oyunda 16 qol vurub və 3 asist edib.
Tural
Milli.Az